Dünyanın ən bədbəxt insanı: Eyni anda 3 xəstəlik aşkarlandı

İtaliya alimlərinin bir nəfərin üzərində apardıqları araşdırmanın nəticəsi elm aləmini alt-üst edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 19-da “Journal of Infection” tibb dərgisində yayımlanan məqalədə 36 yaşlı italiyan kişidə eyni anda 3 virusun aşkarlandığı qeyd edilib.

COVID-19 simptomları ilə xətəxanaya müraciət edən kişinin verdiyi analiz nəticəsində bəlli olub ki, onda eyni anda həm koronavirus, həm meymunçiçəyi, həm də QİÇS virusu var.

Alimlər bunun dünyada ilk olduğunu vurğulayıblar.