Fond birjası – səhm, istiqraz, borc kağızları, fond və maliyyə alətlərinin alınıb-satıldığı yerdir.
İlk birjalar hələ 19-cı əsrdə yaranıb. Hazırda dünyada yüzlərlə fond birjası fəaliyyət göstərir. Onlardan bazar kapitallaşmasına görə 20 ən böyük birjanı təqdim edirik.
Bazar kapitallaşmasına görə dünyanın ən böyük 20 birjası
Dünyanın 20 ən böyük birjası arasında ən qədim birja Frankfurtda yerləşir. IX əsrdə yarmarka ticarətinin mərkəzi olan bu şəhər tezliklə kommersiya və pul əməliyyatlarının vacib qovşağına çevrilib. Bəzi məlumatlara görə, birja 1585-ci ildə yaranıb. Məhz həmin vaxt küçə ticarətçiləri valyutaların fiksə edilmiş məzənnəsini müəyyən ediblər.
Ən qədim birja

Ən çox şirkəti olan birja
Əsası 1875-ci ildə qoyulmuş Bombey birjası faktiki olaraq Asiyanın ilk ticarət məydançasına çevrilib. Bu birjada 5 749 şirkət qeydiyyatdan keçib. Onların əksəriyyəti böyük şirkət deyil – birjadakı şirkətlərin orta bazar kapitallaşması cəmi 229 milyon dollar təşkil edir.
Ən böyük bazar kapitallaşması
Nyu-York Fond Birjasının (NYSE) bazar kapitallaşması təqribən 20 trilyon dollar təşkil edir. Sonrakı yerləri NASDAQ (7 trilyon), London (6 trilyon), Tokio (4 trilyon), Şanxay (4 trilyon) və Honkonq (3 trilyon) fond birjaları tutur.
Bakı Fond Birjası
Azərbaycanın yeganə fond birjası olan Bakı Fond Birjası (BFB) 2000-ci ildən fəaliyyətə başlayıb. 2016-cı ildə BFB-nin dövriyəsi 5,7 milyard manat və ya 3,3 milyard dollar təşkil edib. Bakı Fond Birjasında 888 təşkilat və şirkətin, 946 qiymətli kağızı dövr edir. (socarcapital.com)