Dünyanın ən böyük haker qrupundan etirazçılara DƏSTƏK: Gürcüstan polisinə XƏBƏRDARLIQ edildi

Dünyanın ən böyük haker qrupu olan “Anonymous” Gürcüstanda etirazçılara dəstək olub.

Yenicag.az xəbər verir ki, qrup bu barədə “X” hesabında paylaşım edib.

“Gürcüstandakı etirazçılara: biz sizin yardım çağırışınızı eşitmişik. “Anonymous” üzvləri sizinlədir, tək deyilsiniz, onlar demokratiya, azadlıq və firavanlıq uğrunda mübarizənizdə sizə kömək edəcəklər”, – deyə paylaşımda qeyd olunub.

Qrup etiraz aksiyaları ilə bağlı Gürcüstan polisinə də müraciət edib:

“Gürcüstan polisinə müraciət edirik: siz mitinq iştirakçılarına hücum etdiniz və bunun ardınca hökumətinizin bütün məmurları haqqında məlumat dərc olunacaq. Biz sizin məlumat bazalarınızı, e-poçt yazışmalarınızı əldə edəcəyik və hər şeyi açıq şəkildə internetdə yerləşdirəcəyik. Bu, sizə ilk və son xəbərdarlığımızdır ki, biz Rusiyanın dəstəklədiyi “Arzu” partiyasına (“Gürcü arzusu”) müraciət edirik: unutmayın, Gürcüstan Rusiya deyil, bizi gözləyin”.

Rafi Müslümov