!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən böyük mərcanı ilk dəfə COP29-da açıqlandı

!Reklam – Yazi

Alimlər Sakit Okeanın cənub-şərqində, Solomon adalarında dünyanın ən böyük mərcanını aşkar ediblər. 

Yenicag.az xəbər verir ki, kəşf Bakıda COP29 sammitində açıqlanıb.

Bu “meqa mərcan” tək bir orqanizm yaradan çoxlu kiçik canlılardan ibarətdir. Onun 300 ilə qədər yaşı olduğu istisna edilmir.

Aşkar edilmiş mərcanın eni 34 metr, uzunluğu 32 metr, hündürlüyü isə 5,5 metrdir.

Ölçüsünə görə mavi balinanı belə ötəcək qədər böyük olan bu mərcan “National Geographic” komandasının ekspedisiyası zamanı tapılıb. “National Geographic” gəmisinin videoqrafı Manu San Feliks mərcanı xəritələrdə batmış gəminin olduğu ərazidə suya dalarkən görüb.

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv