!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən çox kitab oxunan ölkəsi açıqlandı

!Reklam – Yazi

Dünyada ən çox kitab oxunan 10 ölkə arasında Asiyanın 6, Avropanın isə 4 ölkəsi yer alıb.

Yenicag.az xəbər verir ki, vətəndaşları orta hesabla həftədə 10 saat 42 dəqiqə kitab oxuyan Hindistan siyahıya başçılıq edir. Dünyada ən çox kitab oxunan ölkələr reytinqində Hindistanın ardınca Tailand (9 saat 24 dəqiqə) və Çin (8 saat) gəlir.

Siyahıda növbəti yerləri Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macaristan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) tutur.

Kitab oxuma reytinqində vətəndaşların həftə ərzində mütaliəyə ayırdığı orta vaxt əsas götürülür. İndeksin müəyyən olunması üçün, həmçinin qəzet, jurnal kimi nəşrlərin oxunmasına da bal verilir.

Dünyada ən çox oxunan kitabların reytinqində isə birinci yeri Qurani Kərim tutur. Sonrakı yerlərdə İncil və Mao Zedunun bəyanatlarının çap olunduğu “Maonun seçilmiş sözləri” adlı kitabı gəlir. Siyahıda ilk beşlikdə Migel de Servantesin “Don Kixot” romanı və Coan Roulinqin “Harri Potter” romanlar seriyası yer alır.

Çarlz Dikkensin “İki şəhərin hekayəsi”, Con Ronald Ruelin “Üzüklərin hökmdarı” trilogiyası, Antuan Sent-Ekzüperinin “Kiçik şahzadə”, Lüis Kerrolun “Alisa möcüzələr diyarında” və Aqata Kristinin “10 zənci balası” əsərləri də dünyada ən çox oxunan kitablar arasındadır

www.yenicag.az

12677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv