Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Dünyanın ən çox qazanan aktrisaları - “Forbes” açıqladı

“Forbes” dünyanın ən çox qazanan aktrisalarının adını açıqlayıb.

Yenicag.az xəbər verir ki, amerikalı aktrisa Skarlett Yohansson 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib. Bununla o, ən yüksək maaşlı aktrisa olub.

Yohansson üçün əsas gəlir mənbəyi rolunu “Qisasçılar” silsiləsindən olan “Qara dul qadın” filmində oynadığı rus casusu rolu oynayıb. Bu iş onun gəlirini 4 dəfə artırıb.

Siyahıda ikinci yeri həmçinin “Malefisenta 2” ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub.

“Dostlar” teleserialının ulduzu Cennifer Eniston ötən il ilə müqayisədə bir pillə geriləyib və 19,5 milyon dollar ilə üçüncü mövqedə qərarlaşıb.

www.yenicag.az

1721
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100