Dünyanın ən gözəl qadını seçildi – FOTOLAR

Amerikalı müğənni Pink dünyanın ən gözəl qadını seçilib.

Yenicag.az xəbər verir ki, 38 yaşlı ifaçı “People” dərgisinin seçiminə əsasən bu ada layiq görülüb.

Əsl adı Alesia Beth Moore olan Pink iki uşağı ilə nəşrə poz verib.

Qeyd edək ki, “People” daha əvvəl də Ancelina Coli, Cennifer Aniston, Kate Hudson ve Lupita Nyonq kimi məşhurları dünyanın ən gözəl qadını elan edib.