Dünyanın ən gözəl stüardessaları – FOTOLAR

Təyyarə uçuşları yeni başlananda stüardessalar yalnız sərnişinlərə ilkin tibbi xidmət gösərmək üçün lazım idi. Buna görə də onların xarici görkəmi ilə bağlı tələblər yox idi. Amma təyyarə uçuşları həyatımızın br hissəsinə çevrildikcə stüardessalara tələblər də dəyişdi, onlar sərnişinlərə qulluq göstərməli və gərgin hallarda onları sakitləşdirməli idilər. Stüardessaların uniforması isə ümumiyyətlə aviaşirkətlər üçün ən vacib dizayn elementinə çevrilib.

Sinqapur

Bu stüardessaların üzünü əla makiyaj bəzəyir, geyimləri isə sl sənət əsəridir. Sinqapurlu stüardessaların fiquru – gözəl xanım obrazı kimi Madam Tüsse Muzeyində də saxlanılır.

Koreya


Əla rəng salarları sayəsində koreyalı stüardessaların forması havadan da yüngül görünür. Kostyumun ən gözəl elementi uçuş rəmzi olan dəsmaldır. Bundan əlavə koreyalı xanımların saç düzümü də özündə hökmən milli elementləri əks etdirməlidir.

Kanada


Oooo, kanadalı xanımların uniforması əla və dəbli görünür. Bəzən onlar uçuş zamanı şlyapa da geyinə bilərlər ki, bu da təyarənin salonunu konsert zalına çevirir.

 

Banqkok 


Mavi rəngə bürünmüş bu stüardessaların formaları sərnişinlərə sakitlik və təhlükəsizlik hissləri aşılayır. Rahat uçuş üçün lazım olan da elə budur.

Birləşmiş Ərəb Əmirliyi


Bu avişirkətin uniforması ərəb geyimlərinin elementlərini əksə etdirir. Bu formalarda müasirlik və tarix həmahəngdir.

Qantas


Avstraliya şirkəti uniforma dizaynı üçün başını çox da sındırmayıb. Qadın üçün ən gözəl rəng hansıdır – əlbəttə ki, qara. Qırmızı və çəhrayı elementlər isə bu işgüzər stilə şuxluq qatır.

Alitaliya


İtaliya şirkətinin uniformaları adamı, 20-ci əsrin əvvəllərinə, ən pis halda 60-cı illərinə qaytarır. Alitalia son 20 ildə ilk dəfədir ki, uniformanı dəyişib. İndi təyyarədəki qonaqları tün qırmızı, yerdəki sərnişinləri isə yaşıl rəngli geyimlərlə qarşılayırlar.

Qətər


Dünyanın yeganə 5* aviaşirkətinin stüardessaları belə də geyinməlidirlər. Elə ona görə də Qətər şirkətinin xanımları dünyanın ən dəbli və şıq geyinənləri sayılır.

Fransa


Söhbət fransız xanımlarından gedirsə, geyimin heç əhəmiyyəti yoxdur, amma hətta bu halda da «Fransız hava yollarının» stüardessaları geyimləri ilə fərqlənirər.

Thai (Tacikistan)


Bu şirkətin stüardessaları yerdə olarkən çəhrayı rəngdə geyinməlidirlər. Uçuş zamanı isə, rəng çalarları artır. Bütün bunlar ənənəvi uzun yubkalar və jaketlərlə əla görünür. /seyyah.az

COP29