!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən gözəl və qəddar 8 qadını - Fotolar

!Reklam – Yazi

Onlar dünyanın ən gözəl qadınlarıdır. Gözəllikləri ilə bərabər dünyanın həm də ən qəddar qatilləridir. İspaniya mətbuatı dünyanın ən qəddar 8 qadınının həyat cizgilərini verib. Sorğu iştirakçısı olan kişilər şəkildə göstərilən 8 qadını yüzlərlə qadının içərisindən seçib. Lakin onların ən qəddar qatil olduqlarına inanmaq çətin olub.

Yenicag.az dünyanın ən qəddar 8 qadınını sizə təqdim edir.

8. Darlene Gentry
2005-ci ildə ABŞ-ın Texas ştatında 22 yaşlı Darlane Gentry evinə gələn elektriki baltalayıb öldürüb. Daha sonra polisə təslim olmaq istəməyən Darlanenin evində axtarış aparılır. Burada isə daha bir cinayət üzə çıxır. Belə ki polislərin evə baxış keçirdiyi zaman Darlanenin ərini də baltalayıb öldürdüyü məlum olur. Qeyd edək ki, 63 il həbs cəzası ilə cəzalandırılan Darlane ABŞ-da ən çox sevilən məhbusdur. O, həbsxanada moda jurnalı üçün şəkillər çəkdirir. Bu şəkillər dünyanın ən qəddar qadınını modelə çevirib.

7. Amanda Knox
Amanda Knox 2007-ci ildə tələbə mübadilə proqramı ilə təhsil almaq üçün İtaliyaya gedib. Tələbəlik illərinin ilk dövrlərində Meredith Kercher ilə dostlaşır. Lakin Amanda dini sektaların birinə qoşulduqdan sonra Kercherdən uzaqlaşmağa başlayır. 2008-ci ildə Amanda evində keçirtdiyi qonaqlığa Kercheri də dəvət edir. Lakin həmin gecə bu evdə 3 nəfər qətlə yetirilir. Həbs edilən Amanda cinayəti etiraf edir. O ritualla “qurban” etdiyini bildirir. Bu cinayətlər Amandanın ömürlük həbs edilməsinə səbəb olur.

6. Amber Hilberling
O, dünyanın ən cazibədar qatil qadını hesab edilir. 2011-ci iyulun 7-də yaşadıqları Oklahoma ştatınında həyat yoldaşı 20 yaşlı Joshua Hilberlingi qətlə yetirən qadın onu torpağa basdırıb. Bu cinayətin üstü isə iki il sonra – 2013-cü ildə açılıb. ABŞ Silahlı Qüvvələrinin zabitinin axtarışları onun həyat yoldaşı tərəfindən qətlə yetirildiyini ortaya çıxarıb. Amber Hilberling 25 il həbs cəzasına məhkum edilib.

5. Jodi Arias
Dünyanın ən qısqanc qadını adını alan Jodi ifrat ehtirasdan, qısqanclıqdan əziyyət çəkir. O, 2008-ci ilin iyun ayında sevgilisi Travis Aleksandrı öldürdüyü üçün həbsdədir. Jodi sevgilisini üst-üstə 29 dəfə bıçaqlayıb. Yaşadığı evdə sevgilisini girov saxlayan Jodi onu uzun müddət zorlayıb. Onun bu əməli ömürlük həbsə məhkum olnması ilə nəticələnib.

4. Megan Martzen
Martzen öz əməlləri ilə dünyada ən qəddar körpə baxıcısıdır. Onlarla körpəni öldürən Megan Martzen bu əməllərinə görə ömürlük həbsə məhkum edilib.

3. Mechele Linehan
Gecə klublarının birində rəqqas kimi işləyən Mechele Linehan öz qurbanlarını yaşadığı evdə qətlə yetirib. Onun qətlə yetirdiyi insanların sayı istintaqa da sirr kimi qalıb. Çünkü qatil məhkəmədə heç nə danışmayıb. Ancaq o, balıqçı olan həyat yoldaşı Kent Lepping öldürdüyünü etiraf edib. 2006-cı ildə Mechele ömürlük həbs olunub.

2. Estibaliz Carranza
Bu qəddar qadın öz qurbanlarını öldürdükdən sonra uzun müddət soyuducuda saxlayıb. 2008-2010-cu illərdə Avstriyada ərini və sevgilisini öldürən Estibaliz, qurbanlarını mişarla doğradıqdan sonra soyuducuya yerləşdirib. Onun cinayətlərinin üstü yalnız 2014-cü ildə açılıb. Tutulduqdan sonra cinayətlərini etiraf edən bu qəddar qadın ömürlük ruhi xəstəxanaya göndərilib.

1. Casey Anthony
O, bir filmin əsas qəhrəmanıdır. Hollivud kinorejissorları bu qatil qadının həyatından film çəkiblər. Casey Anthony öz qurbanlarını parçalayıb suya atmaqda günahlandırılır. Onun bir neçə qurbanı olub. Ən maraqlı məqam isə bu qatilin birinci məhkəmədən üzüağ çıxaraq azadlığa qovuşmasıdır. Uzunmüddətli araşdırmalardan sonra Casey Anthony yenidən həbs olunub və ömürlük məhkum edilib.

Qoşqar Salmanlı

www.yenicag.az

3408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv