!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən güclü superkompüteri yaradıldı - FOTO

!Reklam – Yazi

ABŞ Energetika Nazirliyinin Okric milli laboratoriyasının mühəndisləri dünyanın ən güclü hesab olunan “Summit” adlı superkompüterinin yaradılmasından danışıblar.

Yenicag.az bildirir ki, yeni ixtira buna qədər ən güclü hesab olunan Çinin “Sunway TaihuLight” kompüterini 60 faiz üstələyir.

Qeyd edilir ki, Amerika maşınının pik məhsuldarlığı 200 petaflops təşkil edir ki, bu da, 200 milyard əməliyyatı hər saniyədə 200 milyon dəfə həyata keçirə bilir.

Müqayisə üçün bildirək ki, Yer kürəsində mövcud olan hər bir insan 305 günün hər saniyəsini müəyyən əməliyyat etməlidir ki, yeni maşının bir göz qırpımında edə bildiyini etsin – “MIT Technology Review”nun məqaləsində deyilir:

“Summit”in istehsalçılarından biri Cek Uells qeyd edib ki, yeni superkompüterin ölçüsü 2 tennis kortuna bərabərdir və onun sisteminin soyudulması üçün dəqiqəyə 15 min litrdən çox su tələb olunur.

Zaur H.

www.yenicag.az

3958
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv