Günümüzdə dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir.
Yenicag.az xəbər verir ki, zirvənin hündürlüyü 8848 metr təşkil edir.
Amma elmi nöqteyi nəzərdən yanaşsaq, Havay adalarındakı Mauna-Kea vulkanı Everestdən də hündürdür. Bu zirvənin hündürlüyü 10.203 metrdir. Bəs niyə Everest ən hündür zirvə sayılır? Məsələ burasındadır ki, Mauna-Kea dağının əsas hissəsi suyun altındadır.
Amma bu məsələyə daha ciddi yanaşsaq və dağların hündürlüyünü Yerin mərkəzindən hesablamağa başlasaq, ən hündür zirvə Çimboraso vulkanı olacaq. Bu dağ Ekvadorda yerləşir. Məsələ burasındadır ki, bizim planetimiz ideal şar deyil, sferik fiqurdur. Onun maksimal radiusu isə ekvatordadır. Bu səbəbdən Çimboraso vulkanı Yerin ən hündür nöqtəsidir./ölkə.az/