İyulun 21-i bazar günü dünyanın bütün müşahidələr tarixində ən isti gün olaraq tarixə düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Bazar günü qlobal səthin orta temperaturu 17,09 dərəcə Selsi səviyyəsinə çatıb.
Ötən həftə güclü istilər ABŞ, Avropa və Rusiyanın geniş ərazilərini yandırıb.