Dünyanın ən kiçik restoranı

İki il əvvəl məlum olmuşdu ki, dünyanın ən kiçik oteli Kopenhagendə yerləşir.

Şəhərin Vesterbro rayonunda olan bu oteldə qonaqlara 2,3×3 metr ölçüləri olan cəmi bir otaq təklif olunur. İndi isə Danimarka paytaxtında dünyanın ən kiçik restoranı açılacaq.

Yenicag.az xəbər verir ki, bu həftədən başlayaraq “Restauranten 1:1” adlı restoran cəmi bir nəfərə iaşə xidməti göstərəcək. Cırtdan restoranın yaradılması təşəbbüsü baş aşpaz Uilyam Milsted və Irma supermarketinə məxsusdur. Təşəbbüskarlar bildiriblər ki, bu restoran yeməyin əhəmiyyətini vurğulayan intensiv həssas təcrübəsi ilə seçiləcək. Burada siz təkbaşına yemək yeyəcək və ətrafdakılar diqqətinizi yayındırmayacaq.

Kiçik restoranda bir qonaq, ofisiant və aşpazdan başqa heç kim olmayacaq.

COP29