Səsli köməkçilər smartfon və ya smart səsgücləndiriciləri idarə etməyə imkan verən rahat idarəetmə alətidir.
Yenicag.az xəbər verir ki, səsli köməkçilərin smartfon sahəsindəki liderliyi əldə etmək yolunda Apple və Google da daxil olmaqla bir çox elektronika istehsalçıları öz məhsularını təqdim edirlər. Futuresource Consulting adlı analitik agentlik isə səsli köməkçilərin bütün dünya üzrə məşhurluq reytinqlərini tərtib edib. Həmin reytinq siyahıdakı səsli köməkçilərin dəstəkləndiyi cihazların sayına görə tərtib olunub.
Bu barədə 4pda saytı xəbər verib. Beləliklə reytinqə əsasən birinci yeri cihazların dəstəklənmə sayı üzrə Siri səsli köməkçisi tutub. Bu səsli köməkçi isə Apple şirkətinə məxsusdur və Apple beləliklə səsli köməkçilər bazarının 35%-nə sahibdir. Analitiklər bu cür məşhurluğu naqilsiz AirPods qulaqlıqlarının uğurlu satışları ilə əlaqələndirirlər. İkinci yerdə Microsoft Cortana qərarlaşıb. Microsoft öz eni Xbox konsollarından Cortana-nın dəstəyini yığışdırsa da bu səsli köməkçi Windows 10 əməliyyat sistemli kompüterlər bazarında 22% göstərici ilə ikinci yeri tutur.
Bundan əlavə oolaraq Microsoft sözügedən səsli köməkçini korporativ sahəyə və Office 365 paketinə inteqrasiya etməklə onu inkişaf etdirir. Google şirkəti öz Assistant-ı ilə üçüncü yeri, Amazon şirkəti isə Alexa səsli köməkçisi ilə dördüncü yeri tutub. Beləliklə Google şirkəti səsli köməkçilər bazarının 9%-nə, Amazon şirkəti isə 4%-nə sahibdir. 2018-ci ilə müqayisədə səsli köməkçilərin məşhurluqları 25% yüksəlib. Hal hazırda bu texnologiyaya sahib cihazların ümumi bazar dəyəri 1.1 milyard dollar təşkil edir. Proqnozlara əsasən isə 2023-cü ildə bu göstərici 2.5 milyard dollar olacaq. Futuresource Consulting agentliyinin məlumatına əsasən yaxın gələcəkdə bir cihazda bir neçə səsli köməkçinin istifadəsi artıq normal hal alacaq./Technote/