Dünyanın ən nüfuzlu ölkələri açıqlandı

ABŞ-ın “The CEOWORLD magazine” biznes jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu ölkələrinin reytinqini dərc edib.

Yenicag.az xəbər verir ki  ki, siyahıya 57 dövlət daxil olub və reytinq 280 mindən çox respondentin iştirak etdiyi sorğu əsasında tərtib edilib. Sorğu 11 meyar əsasında –  hərbi güc, beynəlxalq ittifaqlar, ölkə rəhbərliyinə hörmət, beynəlxalq ticarət və səyahət, iqtisadi güc, mədəniyyət, diplomatik təsir, qlobal diaspor, KİV-də təsiri, ehtiyacı olan ölkələrə yardım və digər ölkələrlə bağlılığa əsasən aparılıb.

Nəticədə ilk onluğa ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Hindistan, İtaliya və İsrail daxil olub.