Tuberkulyoz dünyanın ən ölümcül infeksion xəstəliyi hesab olunur.
Yenicag.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.
Qeyd olunur ki, 2017-ci ildə dünyada 10 milyon insan bu xəstəliyə yoluxub, 1,6 milyon nəfər xəstəlik nəticəsində həyatını itirib.
Tuberkulyozla mübarizə çərçivəsində 2000-ci ildən bu günə kimi 54 milyon ölümün qarşısını almaq mümkün olub.
ÜST hesabatda bildirib ki, 2018-ci ildə tuberkulyozla mübarizə proqramlarının icrası üçün 3,5 milyard dollar tələb olunacaq.