Şübhəsiz ki, dünyadakı bütün insanlar müxtəlif xüsusiyyətlərə görə bir-birilərindən fərqlənirlər.
Yenicag.az dünyanın ən qəribə 10 insanını təqdim edir:
10. Yu Zhenhuan
Çində yaşayan Zhenhuanın bədəninin 96%-i nadir rast gəlinən hormonal xəstəliyə görə tüklərlə örtülüdür. Onun sadəcə, ovuclarında və dabanlarında tük yoxdur.
9. Helmut Strebl
44 yaşlı Helmutun bədənində isə cəmi 3% yağ var. O, dünyanın ən “quru” insanı olmaqla bərabər əzələlərinin möhkəmliyi ilə də tanınır.
8. Tran Van Hay
Dünyanın ən uzunsaçlı kişisi olan viyetnamlı Tran Ginnesin rekordlar kitabına adını yazdırıb. O, saçlarını 25 yaşından bəri kəsdirmir. Buna səbəb isə bərbərdə yoluxduğu xəstəlikdir.
7. Yekaterina Lisina
206 sm boyu olan Yekaterina dünyanın ən uzun ayaqlarına sahibdir. Belə ki, onun ayaqlarının uzunluğu düz 1 metr 32 sm-dir.
6. Nikita Taçuk
Rusiyada yaşayan Nikita həddən artıq əzələli bədəniylə görənləri heyrətə salır. Bir çoxları onun əzələlərini sintol adlı kimyəvi maddəyə borclu olduğunu düşünsə də həqiqət başqadır.
5. Ski Broberq
Adını 5 dəfə “Ginnesin rekordlar” kitabına yazdıran Ski kiçik bir qutuya asanlıqla girə bilir, hətta tennis raketindən belə keçməyi bacarır.
4. Mişel Kobke
24 yaşlı gənc qadının beli cəmi 40 sm-dir. O, bu istəyinə çatmaq üçün düz 3 il gecə-gündüz korset taxıb.
3. Nik Stoberl
Nik isə dünyanın əz uzundilli insanıdır. Hələlik, onun rekordunu təzələyən heç kim yoxdur.
2. Tay Nqoc
İddiaya görə, viyetnamlı Tay 1973-cü ildə oyanıb və bu günə qədər yata bilməyib. Ancaq heç kim onun 44 il ərzində yatıb-yatmadığını dəqiq bilmir.
1. Dean Karnazes
Qaçmaq üçün yaradıldığını söyləyən Dean nəfəsdərmədən 3 gün 3 gecə qaça bilir. Dünyanın ən uzun və çətin marafonlarını asanlıqla keçən Dean ağrı hiss etmədiyini bildirir.