Dünyanın ən qəribə iş elanı – FOTO

İngiltərədə açılan maraqlı iş elanı görənlərin diqqətini çəkib.

Yenicag.az xəbər verir ki, “Blackpool” zooparkı quş kostyumları geyinib qağayıları qorxudacaq bir qrup işçi axtardığını açıqlayıb.

Bu iş elanının məqsədi quşların həm ziyarətçilərdən, həm də heyvan sığınacaqlarından qida oğurlamasının qarşısını almaqdır.

Eyni zamanda, zoopark ziyarətçiləri üçün yaxşı təcrübə təmin etmək niyyətindədir.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, işçilərin “Qağayı qorxudanlar” olaraq qəbul ediləcəyi qeyd olunub:

“Biz qağayıları qonaqların yeməklərindən uzaq tutmaq üçün əlimizdən gələni etməliyik. Ona görə də “Ziyarətçi xidmətləri” komandamıza “Qağayı qorxudanlar” kimi qoşulmaq üçün işçi axtarırıq”.

Qeyd edək ki, “Blackpool Zoo” 1000-dən çox heyvanın yaşadığı kifayət qədər böyük bir yerdir. Qağayılar isə aylardır sahil qəsəbəsində yerləşən zooparkın ən böyük problemi olub.

//bakupost