!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən sağlam əhaliyə malik ölkələri hansılardır?

!Reklam – Yazi

“Bloomberg” agentliyi əhalinin sağlamlıq səviyyəsinə görə dünya ölkələrinin reytinqini hazırlayıb.

Yenicag.az-a istinadən bildirir ki, siyahıya ötən illə müqayisədə, beş pillə irəliləmiş İspaniya başçılıq edir. Ardınca 2018-ci ilin lideri İtaliya gəlir.

İlk onluğa İslandiya, Yaponiya, İsveçrə, İsveç, Avstraliya, Sinqapur, Norveç və İsrail kimi ölkələr daxil edilib.

Reytinq cədvəli tərtib olunan zaman Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin əhali bölməsinin və Ümumdünya Bankının statistik məlumatları təhlil olunub.

Araşdırmada müxtəlif risk və faktorlar, o cümlədən, həyat davamlılığı, sanitar və ekoloji şərait, insanlar üçün yaradılan tibbi şərait, içməli suyun təmizlik səviyyəsi, siqaret çəkən və çəkməyən insanların nisbəti, həmçinin, artıq çəkidən əziyyət çəkən insanların sayı nəzərə alınıb./Oxu.az/

www.yenicag.az

1232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv