Dünyanın ən təhlükəsiz hava yolları şirkəti – SİYAHI

Hava yollarının reytinqinin siyahısını tərtib edən, bu məqsədlə 2021-ci ildə 385 şirkəti nəzərdən keçirən “AirlineRatings.com” portalının araşdırmasına görə, dünyanın 20 ən təhlükəsiz hava yolları şirkətinin adı açıqlanıb.

Yenicag.az xəbər verir ki, reytinq tərtib ediləndə qəzaların sayı, hava gəmilərinin standartları, uçuşun rahatlığı, innovasiyalar və pilotların təcrübəsi nəzərə alınıb.

Belə ki, dünyanın ən təhlükəsiz hava yolları şirkəti əvvəlki kimi, Avstraliyanın “Qantas” hava yolları seçilib. Siyahının əsas təhlükəsiz və yeniliyin həyata keçirməsi baxımından hava yollarının iyirmiliyinə – “Qatar Airways”, “Air New Zealand”, “Singapore Airlines”, “Emirates”, “EVA Air”, “Etihad Airways”, “Alaska Airlines”, “Cathay PacificAirways”, “British Airways”, “Virgin Australia/Virgin Atlantic”, “Hawaiian Airlines”, “Southwest Airlines”, “Delta Airlines”, “American Airlines”, “SAS”, “Finnair”, “Lufthansa”, “KLM” və “United Airlines” daxil edilib.