London İqtisadiyyat və Sülh İnstitutu 2015-ci il üzrə “Qlobal Terrorizm Reytinqi” adlı illik hesabatını dərc edib.
Azərbaycan potensial terror təhlükəsi olan dövlətlər arasında ən təhlükəsiz ölkələr sırasındadır.
Reytinqdə 162-ci ölkə yer alıb ki, burada ilk pillədə qərarlaşan dövlət ən təhlükəli hesab olunur. Azərbaycan siyahıda 91-ci yeri tutub.
Azərbaycanın qonşuları olan Ermənistan və Gürcüstan isə siyahıda müvafiq olaraq 116 və 71-ci pilləni tutub.
Rusiya isə siyahıda 23-cü pillədə qərarlaşıb.
Hesabatda vurğulanır ki, ən böyük terror təhlükəsi İraq, Əfqanıstan, Nigeriya, Pakistan və Suriyada qeydə alınıb.
2014-cü il terror aktları nəticəsində ölən şəxslərin 78%-i məhz bu ölkələrin payına düşüb. Bundan əlavə ilk onluq da Hindistan, Yəmən, Somali, Liviya və Tayland da var.
Ümumilikdə isə 2014-cü ildə 67 ölkədə ən azı bir nəfərinin ölümü ilə nəticələnən terror aktı baş verib(Azvision)