Dünyanın ən ucuz və ən bahalı şəhərləri

2018-ci ildə dünyanın ən ucuz və ən bahalı şəhərlərinin siyahısı açıqlanıb.

Yenicag.az xəbər verir ki, “The Economist Intelligence Unit” adlı tədqiqatın nəticələrinə görə, planetin ən ucuz şəhəri Suriyanın paytaxtı Dəməşqdir.

İlk beşlikdə Karakas (Venesuela), Alma-Ata (Qazaxıstan), Laqos (Nigeriya) və Banqalor (Hindistan) şəhərləri də yer alıb.

Ən bahalı şəhər isə Sinqapurdur. Bu şəhəri Paris, Sürix, Honkonq və Oslo izləyir.