Amerikanın Miçiqan ştatının sakini rəsmi olaraq dünyanın ən uzun saqqallı qadını olub.
Yenicag.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytında bildirilir.
38 yaşlı Erin Honeycuttun 30 sm uzunluğunda saqqalı var.
Qeyd olunub ki, Miçiqan sakini uşaqlıqdan bəri hormonal balanssızlıqla yaşayır. Onun üzündəki tüklər 13 yaşından uzanmağa başlayıb.