!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən varlı adamından BOŞANDI -  Milyarder oldu - Rekord təzminat

!Reklam – Yazi

“Amazon” şirkətini qurucusu, dünyanın ən varlı insanı olan Ceff Bezos həyat yoldaşı Makkenzi Tattldan rəsmən boşanıb.

Yenicag.az xəbər verir ki, Bezos 25 illik həyat yoldaşı və 4 uşağının anasına boşanma təzminatı olaraq 114 milyard dollarlıq sərvətinin üçdəbirini verməyə razı olub. Boşanan MakKenzi 35 milyard dollarlıq sərvətə sahib olub. Bu məbləğ isə dünyada 80 ölkənin illik büdcəsindən daha çoxdur.

Bundan başqa, Jeff Bezosın sahibi olduğu “Amazon” şirkətinin səhmlərinin 4 faizi də MakKenziyə çatacaq.

Makkenzi isə “Washington Post” və kosmik səyahət şirkəti olan “Blue Origin”dəki hissələrini Bezosa təhvil verib.

O, hazırda dünyanın üçüncü ən varlı qadınıdır.

Hazırda həmin siyahıda 52,9 milyard dollarla “L’Oréal”ın sahibi Fransuaza Bettankur Mayers birinci, “Walmart”ın sahibi Alis Uolton (45,4 milyard dollar) isə ikincidir.

Qeyd edək ki, “Forbes”in son açıqladığı siyahıda Bezosun sərvəti 131 milyard dollar idi.

www.yenicag.az

14500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv