Dünyanın ən varlı gənc məşhurları – “Forbes”in SİYAHISI

“Forbes” jurnalı ən çox qazanc əldə edən 30 yaşa qədər məşhurların reytinqini tərtib edib.

Yenicag.az xəbər verir ki, Siyahıda ilk yeri amerikalı model Kayli Cenner tutub. Onun varidatı 900 milyon dollar həcmində qiymətləndirilir.

“Kylie Cosmetics” kosmetika istehsalı şirkətinin 21 yaşlı sahibəsi Cennerin illik gəliri 166,5 milyon dollar təşkil edir.

Reytinqin 2-ci pilləsində illik gəliri 110 milyon dollar həcmində qiymətləndirilən britaniyalı musiqiçi Ed Şiran qərarlaşıb. Fransanın “Paris Sen-Jermen” futbol klubunun braziliyalı futbolçusu Neymar isə ildə 90 milyon dollar qazanaraq siyahıda 3-cü yeri tutub.

Bir ildə 80 milyon dollar gəlir əldə edən amerikalı müğənni Teylor Svift və 57 milyon dollar qazanan kanadalı müğənni Eybel Tesfaye ilk beşliyə daxil olub.

Qeyd edək ki, reytinq 2017-ci il iyunun 1-dən 2018-ci il iyunun 1-nə qədər dövrü əhatə edən gəlirlər barədə məlumatlara əsaslanır./Azərtac/

COP29