!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünyanın ən varlı idmançıları - Ronaldo "10-luq"da yoxdur

!Reklam – Yazi

“Forbes” nəşri dünyanın ən varlı idmançılarının reytinq siyahısını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bütün dövrlərin ən varlı idmançılarının yeni siyahısında amerikalı basketbolçu Maykl Cordan birinci olub. Amerikalı idmançı karyerası dövründə 1,85 milyard ABŞ dolları qazanıb.

Reytinqdə qolfçu Tayqer Vuds ikinci (1,7 milyard), Arnold Palmer isə üçüncü (1,4 milyard) olub.

Futbolçular arasında ən varlı 800 milyon dollar gəliri ilə İngiltərə yığmasının eks-futbolçusu Devid Bekhem seçilib. O, siyahıda beşinci olub. Portuqaliyalı futbolçu Kriştiano Ronaldo isə reytinqdə 12-ci (725 milyon), argentinalı futbolçu Lionel Messi 16-cı (600 milyon) yerdə qərarlaşıb.

Qeyd edək ki, ümumi siyahıda cəmi 25 nəfər idmançı yer alıb.

www.yenicag.az

3231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv