“Forbes” jurnalı dünyanın ən varlı qadınının adını açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu, “L`Oreal” kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir.
Onun sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir.
“Betankur-Mayers və onun yaxın qohumları “L`Oreal”ın 33%-nə sahibdirlər”, – deyə nəşr yazıb.
Bununla belə, “Forbes”in qiymətləndirməsinə görə, Betankur-Mayers dünyanın ən varlı insanları siyahısında 15-ci sıradadır.