“Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ABŞ-ın ən varlı qadını olub.
Yenicag.az xəbər verir ki, “Forbes” məlumat yayıb.
Məlumata görə, hazırda qadının sərvəti 62,3 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.
Qeyd edilir ki, iyulun 2-dən 9-dək olan dövrdə “Amazon”un səhmləri 10% artıb. Nəticədə şirkətin banisinin və rəhbəri Ceff Bezosun səhmləri 16,2 milyard ABŞ dolları artıb. Ceff Bezosun şirkətin səhmlərinin bir hissəsinə malik keçmiş arvadı sərvətinin məbləğinə görə ABŞ-ın ən zəngin qadınlarının reytinqində “Walmart” korporasiyasının banisinin qızı Elis Uoltonu ötüb.
Makkenzi Bezosun öz sərvətinin ölçüsünə görə geri qaldığı yeganə şəxs “L’Oreal”ın banisinin nəvəsi Fransuaze Betankur-Mayerdir. Onun kapitalı 64 milyard ABŞ dolları təşkil edir./Report/