Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanın ən varlıları 444 milyard dollar itirdi

Bu həftə dünyanın 500 ən varlı insanının ümumi sərvəti 444 milyard ABŞ dolları azalıb.

Yenicag.az xəbər verir ki, bu məlumatı “Bloomberg” agentliyi yayıb.

Milyarderlərin itkilərinə səbəbin koronavirus olduğu bildirilib.

Məlumata görə, dünyanın üç ən zəngin insanı: “Amazon” korporasiyasının başçısı Ceff Bezos, “Microsoft”un həmtəsisçisi Bill Qeyts və LVMH (“Louis Vuitton Moet Hennessy”) fransız şirkətləri qrupunun baş direktoru Bernar Arno ən böyük itkilərə məruz qalıblar. Onların ümumilikdə 30 milyard dollar itirdiyi bildirilib.

Planetin ən zəngin insanlarının reytinqində 25-ci yeri tutan “Tesla” şirkətinin başçısı İlon Mask şirkətin aksiyaların qiymətinin düşməsindən sonra bu həftə 9 milyard ABŞ dolları itirib.

Loading...

www.yenicag.az

341
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100