Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Dünyanın ən varlıları açıqlandı

“Forbes” jurnalı milyarderlərin 33-cü illik reytinqini dərc edib.

2019-cu ildə dünyanın ən varlı insanlarının ilk üçlüyü dəyişməz qalıb. Reytinqə yenidən “Amazon” şirkətinin sahibi Ceff Bezos başçılıq edir. İkinci yerdə “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts, üçüncüdə maliyyəçi Uorren Bafet qərarlaşıb.

C.Bezos reytinqdə birinci yerə ötən illə müqayisədə 19 milyard dollar artan 131 milyard dollarlıq sərvətinə görə layiq görülüb. Göstəricisi 96,5 milyard dollar təşkil edən B.Qeytsin birinciliyi əldən verməsinə səbəb kimi onun xeyriyyəçilik məqsədləri üçün 35,8 milyard dollar ayırması qeyd olunur. U.Baffet 82,5 milyard dollarlıq var-dövlətlə üçüncü pillədə mövqeyini qoruyub.

Reytinqin ilk onluğuna, həmçinin “Google” şirkətinin həmtəsisçisi Larri Peyc və naşir Maykl Blumberq, “Zara” təsisçisi Amansio Orteqa daxildir. “Facebook” şirkətinin yaradıcısı Mark Sukerberq bu il reytinqdə səkkizinci pillə ilə kifayətlənib. Onun var-dövləti 62,3 milyard dollar dəyərində qiymətləndirilir. “Facebook” təsisçisinin sərvəti ötən illə müqayisədə 8,7 milyard dollar azalıb.

“L`Oreal” kosmetika şirkətinin sahibinin varisi Fransuaza Betankur-Mayers isə qadın milyarderlərin siyahısına başçılıq edir. Milyarderlərin ümumi siyahısında 15-ci mövqedə yer alan Fransuaza Betankur-Mayersin sərvəti 49,3 milyard dollardır.

Yeni reytinqə görə, hazırda dünya milyarderlərinin sayı 2 mindən çoxdur. Jurnal tərəfindən onların ümumi var-dövləti 8,7 trilyon dollar dəyərində qiymətləndirilir./BBC/

www.yenicag.az

1786