!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən xoşbəxt xalqları – Azərbaycan Ermənistandan öndədir – SİYAHI

!Reklam – Yazi

BMT-nin Davamlı İnkişaf Məqsədləri Təşkilatı dünya xalqlarının yeni xoşbəxtlik reytinqini açıqlayıb.

Yenicag.az-ın “TürkRus”dan əldə etdiyi məlumata görə, 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən xoşbəxt toplumu Skandinaviya xalqlarıdır.

Reytinqin hazırlanmasında adambaşına düşən gəlir, sosial dəstəyin səviyyəsi, gözlənilən həyat şəraiti, seçim azadlığı, nəciblik, korrupsiyanın səviyyəsi və distopiya kimi meyarlar nəzərə alınıb.

Bu kriteriyalar əsasında müəyyənləşən siyahının ilk beşliyində Skandinaviya xalqları üstünlük təşkil edir:

Finlandiya (7.769 xal), Danimarka, Norveç, İslandiya və Hollandiya.

Digər qitələri təmsil edən ölkələr arasında Yeni Zellandiya 8-ci, Kanada isə 9-cu mövqedə qərarlaşıb.

Türkiyə 5.373 xalla “xoşbəxtlik siyahısı”nda 79-cu yeri tutub. Siyahıda 90-cı yerdə qərarlaşan Azərbaycan xoşbəxtlik səviyyəsinə görə Ermənistanı 26 pillə qabaqlayıb.

Beləliklə, 116-cı sırada olan düşmən ölkə qonşu İranı isə “xoşbəxtlərinin” sayı ilə geridə qoyub.

Maraqlıdır ki, 5.648 xalla 156 ölkə arasında 68-ci yeri tutan Rusiya Özbəkistan və Qazaxıstan kimi postsovet ölkələrindən geri qalıb.

Siyahıda son üçlüyü Əfqanıstan, Mərkəzi Afrika Respublikası (MAR) və Cənubi Sudan tamamlayır.

 

Firuzə Alimova

www.yenicag.az

4491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv