Avstraliya tədqiqatçıları dünyada mövcud olan ən yaşlı hörümçəyi aşkar ediblər.
Yenicag.az bildirir ki, bu barədə “Pacific Conservation Biology”jurnalında məlumat yayılıb.
Hörümçəyin yaşı 43-dür və əvvəlki rekordçudan 15 yaş böyükdür.
Məlumat üçün bildirək ki, hörümçəklərin ömrünün uzunluğu ilk növbədə onların növündən asılıdır. Məsələn, buğumayaqlılar 1 ilə yaxın yaşayırlar. Ancaq onların arasında da istisnalara rast gəlinir.
Çilili çəhrayı qayahörümçəyin (Grammostola rosea) orta ömrü 15-20 ilə çatır.
Meksika qırmızıayaqlıları isə 25 ilə qədər yaşayırlar.
Zaur H.