Dünyanın ən yaşlı adamı kimi “Ginnes” sertifikatı alan Yisrael Kristal dünən axşam vəfat edib.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 114 yaşına 1 ay qalmış ölüb.
Polşada doğulan və İkinci Dünya Müharibəsi zamanı almanların düşərgəsində həyatda qalmağı bacaran Kristalın, həyat yoldaşı ilə birlikdə ailəsindəki hər kəs soyqırımda öldürülüb.
Alman düşərgəsində 37 kiloya qədər arıqlayan Kristalı, sovet əsgərləri xilas edib.
Qeyd edək ki, Kristalın ikinci evliliyindən iki uşağı var.