İtaliyada dünyanın ən yaşlı qadını Emma Morano vəfat edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, planetin ən yaşlı qadını hesab edilən E.Morano 118 yaşında dünyasını dəyişib.
E.Morano 1899-cu ildə İtaliyanın şimalındakı Pyemont vilayətində anadan olub. Son illər o Pyemontun Laqo-Macore gölü yaxınlığındakı evində yaşayıb. E.Moranonun ölümünün səbəbi açıqlanmır.
Yeniçağ.az