Yaponiyada Ginnesin rekordlar kitabına əsasən dünyanın ən yaşlı sakini hesab olunan qadın vəfat edib.
Yenicag.az xəbər verir ki, Kane Tanaka 120 yaşında dünyasını dəyişib. Onun bu il yanvarın 2-də 119 yaşı tamam olmuşdu.
1903-cü ildə anadan olmuş K.Tanaka 1970-ci illərdə pensiyaya çıxana qədər mağazada satıcı işləyib.
2006-cı ildə, 103 yaşında o, xərçəng xəstəliyindən müalicə olunub.