Dünyanın ən yaxşı FUTBOLÇUSU – İlk dəfə açıqlandı

FİFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun polşalı futbolçusu Robert Levandovski ən yaxşı adına layiq görülüb. O, siyahıda “Barselona”nın futbolçusu Lionel Messi və “Yuventus”un üzvü Kristiano Ronaldonu qabaqlayıb.

Qeyd edək ki, Levandovski bu il “Bavariya”nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub.