Dünyanın ən yaxşı məşqçilərinin siyahısı – Qurban Qurbanov neçəncidir?

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan klublarının çalışdırıcıları arasında ən yaxşı göstərici “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Ağdam klubunun çalışdırıcısı aktivindəki xallarının sayını 1166-a çatdıraraq 491-ci yerdə qərarlaşıb. 46 yaşlı mütəxəssis 8 pillə irəliləyib.

Siyahının birinci pilləsində isə “Real”ın baş məşqçisi Zinəddin Zidandır. İkinci pillədə “Qremio”nun çalışdırıcısı Renato Qauço, üçüncüdə isə “Barsenola”dan Ernasto Valverdedir.