66 yaşlı hindistanlı iş adamı Mukeş Ambani “Forbes” jurnalı tərəfindən dünyanın ən zəngin varisi kimi tanınıb. Onun imperiyası neft-kimya, neft-qaz, telekommunikasiya və pərakəndə sənaye sahələrini əhatə edir və sərvəti 116 milyard dollar qiymətləndirilir.
Mukeş və qardaşı Anil 2002-ci ildə ataları Dhirubhay Ambanidən Hindistanın ən böyük sərvətini miras alıblar. Ardınca Anil şirkətlərinin müflis olması səbəbindən dünyanın ən varlı adamları reytinqindən çıxdı.
Siyahıda ikinci yerdə 99,5 milyard dollarlıq kapitalla 70 yaşlı fransız qadın Fransuaza Betankur-Mayers qərarlaşıb. O, “L’Oreal” səhmlərinin 33%-nə sahibdir.
Cim Uolton dünyanın ən zəngin varislərinin ilk üçlüyünü tamamlayır. 75 yaşlı ABŞ-li “Walmart”da 12% paya sahibdir və ailə bankı “Arvest”ə rəhbərlik edir. Onun sərvəti 78,4 milyard dollar dəyərində qiymətləndirilir. Bundan əlavə, ilk beşliyə Uoltonun qohumları – qardaşı Rob (77,4 milyard dollar) və bacısı Alisa (72,3 milyard dollar) daxildir.
Ən zəngin varislər onluğuna, həmçinin “Thomson Corporation”ın rəhbəri David Tomson (66 milyard dollar), “Koch Industries” səhmlərinin 42%-nin sahibi Culia Kox (64,3 milyard dollar), “Ferrero Group” səhmlərinin 75 faizinin varisi Covanni Ferrero (43,8 milyard dollar) daxildir. “Red Bull”un 49%-nin sahibi Mark Mateşiç (39,6 milyard dollar) və “Mars” şirkətinin varisi Jaklin Mars (38,5 milyard dollar) daxildir.
Mənbə: Gazeta.ru