!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanın ən zəngin şəxsi kosmosa uçacaq

Dünyanın ən zəngin şəxsi, “Amazon” şirkətinin təsisçisi Ceff Bezos iyulun 20-də kosmosa uçacağını elan edib.

Yenicag.az-ın məlumatına görə, C.Bezos özünə məxsus “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisində öz qardaşı ilə birgə səyahət edəcək.

Qeyd edək ki, “Blue Origin” şirkəti may ayında Yerin ətrafında suborbital uçuş üçün bir sərnişin yerinə hərrac elan etmişdi. Həmin sərnişin iyunun 12-də müəyyən ediləcək. Onunla yanaşı, Ceff Bezos və qardaşı səyahət edəcək.

Uçuşun təxminən 11 dəqiqə davam edəcəyi planlaşdırılır.

www.yenicag.az

283
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100