Dünyanın əyləncə mərkəzləri: Kübar həyatın bənzərsiz məkanları – FOTOLAR

Dövr nə qədər dəyişsə də, insanların yüksək səviyyədə dincəlmək və əylənmək istəyi heç vaxt səngimir.

Yenicag.az CNN-ə istinadən özünün gur gecə həyatı ilə seçilən şəhərlərin özəlliklərini təqdim edir:

Nyu-York – Amerikanın bu əsrarəngiz meqapolisi əyləncə həvəskarlarının imtina etməyəcəkləri şəhərdir. Eyni zamanda, yerli sakinlərin əyləncəyə meylli olmaları səbəbindən, gecə həyatı maraqlı, şəhər isə çox səs-küylü olur.

Banqkok – Tailandın paytaxtı möhtəşəm məbədlərindən tutmuş, unudulmaz yol mənzərələrinə qədər, hər mənada göz oxşayır. Yerli turizm agenti Xun Çaba şəhərin əyləncə potensialının yüksək olduğunu deyir:

“Bankokda gecə həyatı çoxçeşidli olduğu üçün bənzərsizdir. Turistlər burada yeməkdən mədəniyyətə qədər, yerli həyat tərzi və əyləncə mövzusunda çox yeniliklər kəşf edə bilərlər”.

Barselona – İspaniyanın Aralıq dənizi sahilindəki bu şəhəri özünün qaynar gecə həyatı ilə seçilir. Şəhərin malik olduğu iqlim şəraiti sakinlərə və qonaqlara ilboyu açıq havada əyləncə məclisləri təşkil etməyə imkan verir.

Beyrut – Livan paytaxtı öz əyləncə potensialına görə Yaxın Şərqdə xüsusi yer tutur. “Beirut Four Seasons Hotel”in baş inzibatçısı Roksana Fersan şəhəri belə tanıdır:

“Livan xalqının həyata olan sevgisinin nəticəsi olan müasir klub və barlar Beyrutun əyləncə mənzərələrini təkrarolunmaz edir”.

Bu şəhərdə günün vaxtından asılı olmayaraq, mütləq ki, hardasa bir şənlik var. “Gemmayzeh və Mar Mikhael, ənənəvi hissi və o bar,bu bar gəzdirmısi ilə məşhur olan küçələrdir” deyir Fersane. “Və Hamra Streetin daha çox hippi havası var və meyxanaları, küçə kafeləri və barları ilə məşhurdur.”

 

Berlin – Almaniyanın paytaxtı dünyanın əylənmək üçün münasib olan şəhərləri sırasındadır. “Orania Berlin” otelinin icraçı direktoru və kulinariya müdiri Filip Vogel Berlini təsvir edən təqdimatı ilə tanış olaq:

“Bazar günü günortadan sonra rəqs etməyiə və ya həftə sonu böyük bir əyləncəli gecə keçirməyi planlaşdırırsınızsa, məkan seçimi üçün geniş imlkanlarınız var. Ümumiyyətlə, Berlində yüksək əyləncə mədəniyyəti formalaşıb”.

Las-Vegas – Bu şəhərin adı dünyada əyləncə sinonimi kimi qəbul edilir. VEGAS jurnalının baş redaktoru Emmi Kasten Las-Veqası belə dəyərləndirir:

“Dünyada çox az şəhər Las-Veqasdakı kimi, öz yüksək səviyyəli restoranları, əyləncə və gecə klublarının yüksək konsentrasiyası ilə öyünə bilər. “Cosmopolitan”, “Park MGM”, “Wynn” və “Palms” hazırda ən “qaynar” məkanlar siyahısındadır”.

Rio-de-Janeyro – Braziliyanın bu dünya şöhrətli şəhərinin özünəməxsusluğu isə gecə şənliklərinin bir qədər erkən başa çatmasıdır. SouthAmerica.travel-ın həmtəsisçisi Yurgen Keller Riodakı bu durumu belə izah edir: “Klublarda əyləncə daha erkən başlayır və tez də bitir. Beləliklə, ertəsi gün çimərliyə daha rahat şəkildə getmək olur”.

Tel- Əviv – İsrail paytaxtını xarakterizə edən şüarlarından biri belədir: “Heç vaxt dayanmayan şəhər”. Şəhərdəki “LİNK Hotel”in sahibi Lior Boroşoff isə Tel-Əvivi belə təsvir edir:

“Avropa və Amerika şəhərləri ilə müqayisədə Təl-Əvivdə gecə həyatı kifayət qədər gec başlayır. Əksər klublar müştərilərin üzünə gecə yarısında açılır və oradakı əyləncələr bəzən səhər 6-ya qədər davam edir”.

Samirə Əliyeva

COP29