O, özünü Həzrəti Mehdi adlandırır. Bilirik, ilk cümlə üzünüzdə təbəssümə səbəb oldu. Elə bizim də…
Çünki ağlımıza da gəlməzdi ki, dünyanın gözlədiyi imam, bu yaxınlarda dünyasını dəyişən mərhum meyxanaçı Bayram Kürdəxanlının kəndində “zühur” edəcək.
Təbii ki, söhbət Kazım Əzizdən gedir. “Mehdi” bu dəfə Yenicag.az saytının redaksiyasına təşrif buyurmaqla bizləri inandırmağa çalışdı.
Sizcə, inandıqmı? Bu suala cavab tapmaq üçün Kazım bəylə, daha doğrusu “imam”la söhbətimizə baxmanız lazımdı: