!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın məşhur blogerləri Füzuliyə yola düşdü - FOTO / YENİLƏNDİ

!Reklam – Yazi

“Show me Azerbaijan” layihəsi çərçivəsində Azərbaycana səfər edən əcnəbi bloqerlərin Ağdama səfəri başa çatıb.

Blogerlər Füzuliyə yola düşüblər. Onların Füzulidə erməni vandallığına məruz qalmış bir sıra yerlərdə olacağı planlaşdırılır.

Qeyd edək ki, bloqerlər əvvəl Ağdam Cümə Məscidini, sonra isə Ağdam Dövlət Dram Teatrının dağıdılan binasını ziyarət ediblər.

Onlar ermənilərin burada törətdikləri vandallıqlarla yerindəcə tanış olublar.

***

“Show Me Azerbaijan” layihəsi çərçivəsində Azərbaycanda olan xarici blogerlərin işğaldan azad olmuş Ağdam şəhər səfərinə start verilib.

Yenicag.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Show Me Azerbaijan” layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.

Layihənin məqsədi blogerlər işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş cinayətləri öz gözləri ilə görəcək və bunları dünya ictimaiyyətinə çatdırmış olacaqlar.

Qeyd edək ki, Feysbuk, İnstaqram və Yutub sosial media platformalarında aktivlik göstərən qrupun ümumi izləyici sayı 10 milyon nəfərdən artıqdır.

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv