Dünyada mövcud olan 14 min 995 nüvə başlığından 13 min 300-ü Rusiya ilə ABŞ-ın arsenalındadır.
Yenicag.az xəbər verir ki, adətən nüvə silahı dünyada “qorxudan güc” kimi qəbul edilir və bu silaha malik olan ölkələr digər dövlətlər üzərində ciddi təzyiq yaradır.
Açıqlanan məlumata əsasən, dünyada təxminən 14 min 995 nüvə başlığı mövcuddur.
Stokholm Beynəlxalq Sülh İnstitutu və Amerika Alimləri Federasiyanın açıqlamasına görə, hazırda dünyanın 9 ölkəsi nüvə silahına malikdir.
Siyahının başında Rusiya dayanır. Şimal qonşumuz 6 min 850 ədəd nüvə başlığına sahibdir. Bundan başqa, Rusiya prezidenti Vladimir Putinin ölkənin nüvə silahından istifadə ilə bağlı təkbaşına qərar vermək səlahiyyəti var.
Siyahıda ikinci yeri 6 min 450 ədəd nüvə başlığı olan ABŞ tutur. ABŞ prezidenti Donald Tramp isə yalnız Şimali Koreyaya nüvə zərbəsi endirmək səlahiyyətini əldə edə bilib.
Nüvə dövlətləri siyahısında ilk üçlüyü Fransa tamamlayır. Özünün ilk nüvə sınağını 1960-cı ildə həyata keçirən Fransa 1968-ci ildə Amerikanın köməyi olmadan hidrogen bombası istehsal edib və hazırda 300 ədəd nüvə başlığına sahibdir.
Siyahıdakı növbəti ölkələr:
– Çin – 280
– İngiltərə – 215
– Pakistan – 150
– Hindistan – 140
– İsrail – 80
– Şimali Koreya – 20
Firuzə Alimova