Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.
Yenicag.az xəbər verir ki, karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssisin yer aldığı cədvəldə Azərbaycandan da bir nəfər var. Bu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.
Bu ay 50 yaşını qeyd edəcək mütəxəssis 1588 xalla planetin 225-ci ən yaxşı məşqçisidir. O, ötən reytinqlə müqayisədə bir addım irəliləyib.
Qeyd edək ki, siyahıya “Mançester Siti”dən Pep Qvardiola (2193) başçılıq edir. Onu “Liverpul”dan Yurgen Klopp (2116) və “Roma”dan Joze Mourinyu (2074) izləyirlər.