Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanın yenidən çəkilən İQTİSADİ XƏRİTƏSİ: “Qlobal miqyasda borclanma iki dəfə artacaq” – Ekspertdən PROQNOZ

Reklam: Sinerji Pro

“Beynəlxalq Valyuta Fonduna müraciət edən ölkələrin sayının artması və kriptovalyutaların bahalaşması müşahidə olunacaq”.

ABŞ bu günə qədər Türkiyə üzərindən İran və İraqdan aldığı 68 milyon ton meyvə suyunu, həmçinin Meksika və Brazilyadan aldığı taxılı ehtiyat fonda yerləşdirib. Eyni zamanda, Rusiya da özü üçün 6 illik neft və 3 illik taxıl ehtiyatı yaradıb. ABŞ və Rusiya kimi böyük dövlətlərin qarşıdakı dövr üçün ehtiyat tədbirləri görməsi qlobal miqyasda ciddi proseslərin baş verəcəyi qənaətini daha da möhkəmləndirib.

Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında ABŞ və Rusiyanın timsalında fövqəldövlətlərin neft və taxıl ehtiyatlarını artırmalarının mümkün səbəblərini şərh edib.

Ekspertin sözlərinə görə, böyük dövlətlərin bu hazırlığı dünyanın iqtisadi xəritəsinin yenidən çəkildiyini göstərir:

“Böyük dövlətlər dövlətlərin neft və ya kənd təsərrüfatı məhsulları ehtiyatını artırmaları yenilik deyil. Pandemiyanın ilk dönəmlərində neftin qiyməti kəskin ucuzlaşanda, bir çox dövlətlər neft ehtiyatlarının qayğısına qalmağa başladılar.

Hətta bir müddət əvvəl Rusiya neftinin böyük hissəsini Çin aldı. Bu vəziyyət dünyanın yeni iqtisadi xəritəsinin çəkiləcəyini söyləməyə əsas yaradır. Bu prosesin gedişində bır sıra dövlətlərin ciddi şəkildə borclanacağı, Beynəlxalq Valyuta Fonduna müraciət edən ölkələrin artması, eyni zamanda, kriptovalyutaların bahalaşması müşahidə olunacaq.

Mövcud proseslər fonunda dünyada borclanma iki dəfə artacaq, bəzi şirkətlər müflis elan olunacaq, bəzilərinin səhmləri isə başqa əllərə keçəcək. Bu gedişat ən yaxşı halda 2021-ci ilin sonları və 2022-ci ilin əvvəllərinə kimi davam edəcək. Ona görə də bir çox ölkələr özlərinin neft və qida ehtiyatlarını indidən toplamağa çalışır”.

Gülşən Şərif

www.yenicag.az

2763
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100