!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyaşöhrətli ovçu Etika Akademiyasında - FOTO

!Reklam – Yazi

Etika Akademiyası fərdi inkişaf mərkəzi kimi uğurun daxili bacarıqlar və dəyərlər əsasında əldə edən silsilə ustad təlimləri təşkil edir.

Yenicag.az xəbər verir ki, bu dəfə dünya ovçuları arasında ən yüksək reytinqdə yer alan, çəkdiyi videolarda Azərbaycan bayrağını əlindən yerə qoymayan Faiq Babanlı idi.

Etika Akademiyasının məşqçi və partnyor heyəti ilə görüşdə dünya ov etikasından, brakonyerlərə qarşı mübarizədən, heyvanların populiziyasiyasında ovun vacibliyindən, azalmağa gedən heyvan növlərinin qorunmasından danışıb.

Faiq Babanlı insanın nə qədər güclü bir varlıq, yaradılışından verilən zəkası, yer kürəsində olan aliliyi və əzmi nəticəsində ən yırtıcı heyvanlarl belə özünə tabe edə bilməsinin barız nümunələrindən göstərdi.Heyvanların və cəngəlliklərin energiyasını insan necə hiss edə bilər, və daha da artıq necə tabe edə bilər, yırtıcılarla üz bə üz gəldikdə adrenalinin və zəkanın xilas ediciliyi faktlar gətirildi. Görüş zamanı verilən əsas sual Faiq Babanlınin ov prinsipllərindən idi. Əsas qanuni ərazidə ovlanmaq, mənə hücüm etməyən yırtıcını və dişi yırtıcı vurmuram dedi. Daha çox cəngəlliklərə yaxın kəndlərə təhlükə yaradan , insanlara hücüm edən, su hövzəlrəini kəsən heyvanlara ovlandığını bildirdi.

Faiq Babanlı təbiətlə ahənglik, vəhşi təbiətin sənə verdiyi həyat gücü və özünü dərk etmə haqqında yaşadıqlarından danışdı. Etika üzrə məşqçilər dəyərlərin təbliğində, tədris metodlarında cəsurluq, seçim etmək kimi şəxsiyyətin formalaşmasında olan vacib qaydaları Faiq Babanlıdan cavabları qeyd etdilər.

“Missiyanız nədir? ” – Faiq Babanlıya verilən son suallardan cavab :”Yaradılanlardan insan ən güclü varlıqdır, bu gücün də zəkadan olduğunu dünyaya duyurmaqdır”

Etika Akademiyasının rəhbəri Günel İbrahim sonda qeyd etdi ki: “Mərkəzimiz motivasiya təlimlərində keyfiyyətli düşüncədən və düşüncəni formalaşdıran dəyərlərə xüsusi yer ayırır. İnsan zəkasının itiliyi və aliliyi dəyərlərdən yoğrulmalıdır. Doğru niyyət əməllərdə, ölüm və qalım anlarında insan olaraq sona qədər qalmaq seçimini hər zaman edir”.

Etika Akademiyasında Faiq Babanlıyla görüş uğurla bitdi. Faiq Babanlı etikanın təbliğində və inkişafında daim dəstək verəcəyi, balaca və gənc üzvlərlə də görüşə hazır olduğunu bildirdi./Azxeber/

www.yenicag.az

1395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv