Duqinin qızının ölümü ilə bağlı yeni fakt

Rusiyalı ictimai xadim Aleksandr Duqinin qızı Daria Duqinanın avtomobilinin partladılması üçün 400 qram trotildən istifadə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd edək ki, dünən Duqinin qızı Daria Duqinanın avtomobili Moskva vilayətində Bolşoye Vyazemi kəndi yaxınlığında partladılıb və terakt nəticəsində o, həlak olub.