!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Düşmən görüşdən məmnundursa, biz niyə sevinirik?” - Ekspert danışıqları şərh edir

!Reklam – Yazi

Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.

Görüşün nəticəsi olaraq danışıqların formatının dəyişilməz qalacağı məlum olub.

İlham Əliyevlə Paşinyanın görüşündən bir gün əvvəl cəbhədə bir Azərbaycan əsgəri düşmən gülləsinə tuş gələrək şəhid olub. Görüşdən bir neçə saat sonra isə Ermənistan müdafiə naziri David Tonoyan bəyan edib ki, “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib.

Görüşdən bir neçə saat sonra Tonoyanın verdiyi bəyanat qarşı tərəfin hansı mövqedə durduğunu ortaya qoyub. Maraqlıdır ki, Azərbaycan tərəfi XİN və MN səviyyəsində Tonoyanın bəyanatına qarşı ciddi heç bir addım atmayıb.

İlham Əliyevlə Paşinyanın görüşü və sonrakı proseslərlə bağlı fikirlərini keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a bölüşüb.

İlham İsmayıl Vyana görüşündən əvvəl və sonra baş verənlərə toxunaraq bildirib ki, görüşdən bir gün əvvəl bir əsgərimiz şəhid olduğu üçün Azərbaycan tərəfi görüşə aqressiv getməli idi:

“Azərbaycan tərəfi görüşə aqressiv getmək yerinə, daha da yumuşaq gedib. Görüşdə də məsələlər Azərbaycanın xeyrinə olmayıb. Status-kvonun qalması, atəşkəsin möhkəmləndirilməsi və humanitar proseslərin, yəni, bəzi əsirlərin dəyişdirilməsi yönündə danışıqlar olub. Bəziləri iddia edir ki, görüşün nəticəsi uğurlu olub. Mən əksini düşünürəm”.

Formatın dəyişdirilməməsinə gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Erməni tərəfi bildirdi ki, format dəyişikliyini ortaya atsa, məsələ qəbul olunmayacaq və eynilə də belə oldu. Bu, vaxt udmaq idi. Bunu Azərbaycan tərəfi görüşün qələbəsi kimi təqdim edir. Bu qələbə deyil, yetimin papağını əlindən alıb, sonra özünə verib sevindirmək kimi bir şeydir. 25 ildir ki mövcud formatla danışıqlar aparılır və heç bir uğur əldə edilməyib. Görüşdən bir saat sonra Paşinyan Vyanada, erməni diasporasının qarşısında qəhrəman kimi qarşılanır. Düşmən görüşdən məmnundursa, biz niyə sevinirik?

Görüşdən 3 saat sonra ABŞ-da olan Ermənistan müdafiə naziri David Tonoyan səngərdən çıxıb, yeni ərazilər işğal etməyi bəyan edir. Düşmən düşməndir. Torpağı işğal edib, sözünü də deyir. Burada əsas məsələ Azərbaycan tərəfinin əks reaksiyasıdır. İstər XİN, istərsə də MN-nin Vaqif Dərgahlının timsalındakı bəyanatı o qədər dişsizdir ki, bu, Ermənistanı sevindirir. Ermənistanın müdafiə naziri yeni ərazilərin işğalı ilə bağlı bəyanat verir, bir növ müharibə elan edir, biz isə susuruq”.

İlham İsmayıl sonda qeyd edib ki, düşmənin müharibə elanına adekvat cavab vermək yerinə, Azərbaycan MN susur.

Səxavət Məmməd

www.yenicag.az

8194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv