Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat qətiyyən həqiqətə uyğun deyil.
Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır”, – məlumatda qeyd olunub.