Düşmən PUA-sı məhv edildi – RƏSMİ

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib